Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın zəngin və təkrarolunmaz mədəniyyəti bizim qürur mənbəyimizdir

08 yanvar 2021 | 16:00

Özünəməxsusluğun və milli identikliyin qorunması mədəniyyət siyasətinin qarşısında duran strateji prioritetlərdəndir. Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili,  milli mənəvi dəyərlər olub.

    Azərbaycan dilinin qorunması hər bir vətəndaşın vəzifəsidir. Azərbaycan dilinin    qorunması hər kəsin borcudur. Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Dilin orijinallığının qorunması məsələsi media ilə bağlı qurumların, eləcədə telekanalların da öhdəsinə yeni vəzifələr müəyyən edir. Böyük xalqın zəngin dili olmalıdır. Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir.Azərbaycan dilinin müxtəlif tərcümə, izahlı, terminoliji, etimolji lüğətlərinin hazırlanıb çap olunmasında müşahidə olunan nizamsızlığın aradan qaldırılması, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların folklorunun, dialekt və ləhcələrinin öyrənilməsi kimi məsələlər də gündəmə gətirilməlidir.

     Milli-mədəni irs nümunələrinin tanıdılması fəaliyyətin əsas prioritetlərindən biri kimi qalmalıdır. Azərbaycan muğamı xalqın milli sərvətidir. Mövcud istiqamətdə UNESCO ilə əməkdaşlıq qarşılıqlı maraqlar əsasında davam etdirməlidir.

    2021-ci il “Nizami Gəncəvi İli”dir. İlin elan olunması dövlət tərəfindən Azərbaycan ədəbiyyatına və mədəni irsinə ayrılan yüksək diqqətinin təcəssümüdür.

     Mədəniyyət sahəsində strateji fəaliyyət istiqamətləri bunlardır: mədəni irsin qorunması, Azərbaycan mədəniyyətinin dünyada təbliği, gənc nəslin milli ruhda tərbiyə olunması, istedadlı mədəniyyət xadimlərinin mükafatlandırılması zamanı obyektivliyin gözlənməsi, tarixi abidələrin qorunması, yararsız vəziyyətdə olan mədəniyyət ocaqlarının qısa müddət ərzində təftişinin aparılıb  yenidən siyahıya alınması, azad edilmiş torpaqlarda bu istiqamətdə işlərin görülməsi. Mədəni və dini abidələrin qorunması daim diqqət mərkəzində olmalıdır. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə çox tarixi abidələr bərpa edilib. Ancaq bu gün dözülməz vəziyyətdə olan kifayət qədər tarixi abidələr var. Yararsız vəziyyətdə olan bu mədəniyyət ocaqlarının qısa müddət ərzində təftişi aparmalıdır, siyahıya alınmalıdır, yeni siyahılar tərtib edilməlidir.

     Dini abidələrə xüsusi diqqət ayrılmalıdır. Azərbaycanda dini abidələr xüsusi olaraq qorunur və qorunacaq. Azərbaycan dini abidələr ilə zəngin olan diyardır. Azərbaycanda xristian dininə mənsub olan abidələr var: alban kilsələri, Kiş kilsəsi, Xudavəng kilsəsi. Artıq işğaldan azad olunmuş Xudavəng kilsəsi öz sahiblərinə, udi qardaşlarımıza qaytarılıbdır.

     Azərbaycanın memarlıq əsərləri dünya səviyyəsində məşhurdur və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıbdır. Qız qalası memarlıq nümunəsidir, təkrarolunmaz memarlığa malikdir. İçərişəhər, Şirvanşahlar sarayı, digər bölgələrimizdə yerləşən memarlıq abidələri göstərir ki, nə qədər zəngin memarlıq abidələrimiz var. Eyni zamanda, son illər ərzində müasir memarlıq əsərləri yaradılıb. Heydər Əliyev Mərkəzi dünyada seçilən memarlıq nümunələrindən biridir və bir çox reytinqlərdə, bir çox hesabatlarda bir nömrəli müasir memarlıq nümunəsi kimi qeyd edilir. Alov qüllələri də memarlıq nümunəsidir, həm Bakı şəhərinin rəmzi olan alovu əks etdirir, eyni zamanda, ölkəmizin sürətli inkişafını əks etdirir, memarlıq baxımından çox uğurlu bir layihədir.

     Füzulidə beynəlxalq aeroport tikiləcəkdir. Oradan Şuşaya məsafə də yaxındır. Füzuli beynəlxalq aeroportunun tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsi üçün imkanlar yaradacaq. Çünki oraya gəlib ondan sonra qısa müddət ərzində Şuşaya getmək mümkün olacaqdır. İnşa olunacaq yeni infrastruktur Qarabağın bütün regionun mədəni mərkəzinə çevrilməsinə səbəb olacaqdır. Şuşa tarixdə olduğu kimi, bu gündə bütün regionun mədəni paytaxtına çevrilməlidir. İşğaldan azad edilmiş ərazilərdəki tarixi abidələrin əsl simasıbərpaolunmalıdır. Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi qeyd olunan hədəflərə nail olmağımızısürətləndirəcəkdir;

     Azərbaycanda yaşayan bütün xalqların milli mədəniyyətinin qorunması strateji əhəmiyyət kəsb edir. Multikultural dəyərlərin qorunması Azərbaycanın UNESCO ilə əməkdaşlığının əsas istiqamətlərindən biri olmalıdır. Azərbaycanda multikultural cəmiyyəti bir çox ölkələr üçün örnək olmalıdır. Bakıda səfərdə olan Roma Papası Fransiskin, İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin bəyanatlarında bu fakt xüsusi vurğulanır.

     Ermənistan Azərbaycana qarşı mədəni soyqırımı törədib. Onları müsəlman əhatəsində olan sivilizasiyalı bir məkan kimi təqdim etməyə çalışan Qərb dairələri buna laqeyd qalmamalıdır. Ermənilər bütün qonşulara meydan oxuyur, əsassız  torpaq iddiası irəli sürürlər.Ermənilər qonşu xalqların, xüsusən azərbaycanlıların musiqi, mətbəx ənənələrini oğurlayırlar. Azərbaycan torpaqlarını işğal etdikləri vaxt ermənilər altmışdan çox məscidi dağıdıblar, buna heç kim reaksiya vermir. Heç bir beynəlxalq təşkilat Ermənistanı qınamır.

Keçidlər