Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayon İcra Hakimiyyətinin başçısı növbəti dəfə vətəndaşların müraciətlərini dinlədi

20 aprel 2021 | 16:00

20.04.2021-ci il tarixdə Tərtər rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini karantin qaydalarının tələblərinə uyğun olaraq qəbul etdi.

Rayon rəhbəri tərəfindən sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandırıldı.

Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edildi, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə idarə və müəssisə  rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Qəbul zamanı icra başçısı Covid-19-la mübarizədə dövlət tərəfindən görülmüş işlərdən, vətəndaşlarımızın sağlamlığının qorunmasına istiqamətlənmiş çoxşaxəli tədbirlərdən danışmış, vətəndaşlarımızı dövlətin atdığı addımlara dəstək olmağa çağırmışdır.

Qəbula iştirak edənlər onların müraciətlərinin dinlənilməsindən məmnunluqlarını ifadə edərək ölkəmizdə həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm Cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər