Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “COVİD-19”-a qarşı vaksinasiya prossesi davam edir

17 iyun 2021 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərkəzi rayon xəstəxanasının həkim heyyəti gündəlik olaraq rayon mərkəzi ilə yanaşı kənd yaşayış məntəqələrində də əhalinin kütləvi olaraq vaksinasiyadan keçməsini həyata keçirir. Bu gün rayonumuzun Qapanlı, Yuxarı Qaradağlı və Qaraağacı kəndlərində təşkil olunan vaksinasiyada 250 nəfərə yaxın kənd sakininə COVID-19 əleyhinə vaksin vurulub. Gün ərzində isə rayon üzrə 501 nəfər vaksinasiyadan keçib. İndiyədək rayon sakinlərinə 21 min 935 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 14 min 634, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 7 min 301 nəfərdir.

Keçidlər