Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri vətəndaşları qəbul edib

06 iyul 2021 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini karantin qaydalarının tələblərinə əməl etməklə qəbul edib. Qəbula vətəndaşların şikayətləri ilə bağlı əlaqədar idarə, müəssisə rəhbərləri də dəvət olunublar.

Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, problemləri yerində həll olunub.

Mamırlı, Köçərli kənd sakinləri suvarmada rastlaşdıqları çətinliklərlə, bəzi vətəndaşlar Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, dövlət tərəfindən veriləcək kompensasiyaların gecikdirilməsi ilə bağlı icra başçısına müraciət ediblər.  Onların hər birinin probleminin həllinə həsasslıqla yanaşılıb və köməklik göstərilib, həlli vaxt tələb edən məsələlər barədə izahatlar verilib.

İcra başçısı qəbula gələn vətəndaşlara 2020-ci il sentyabr ayının 20-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində kənd təsərrüfatına, mülki əhalinin əmlakına, mülki əhaliyə və dövlətə məxsus nəqliyyat vasitələrinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında Respublika Prezidentinin 06 iyul 2021-ci il tarixli Sərəncamları ilə bağlı məlumat verib, vətəndaşlara tezliklə onların şəxsi əmlaklarına dəymiş ziyanla bağlı kompensasiyaların ödəniləcəyini bildirib.

Rayon sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, kənd yollarına, küçələrə asfalt örtüyünün salınmasına görə ölkə rəhbərinə və Birinci vitse-prezidentə minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər