Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə mülki şəhid Xaliq Abbasovun doğum günü qeyd olundu

28 iyul 2021 | 16:00

Qəhraman Tərtərin Vətən müharibəsində qəlbləri vətən eşqi ilə döyünən, arxa cəbhədə fəallığı və cəsurluğu ilə seçilən mülki şəhidləri Abbasov Xaliq və Abbasov Elşən qardaşlarından Abbasov Xaliqin cənnətdəki ilk doğum günü qeyd edildi.

Abbasov Xaliq Asif oğlu 24.07.1981-ci ildə Tərtər rayonunun Poladlı kəndində anadan olub. 28.09.2020-ci tarixdə mənfur düşmənlərin Tərtər rayonunun Şıxarx qəsəbəsini artileriya atəşinə tutması nəticəsində şəhid olmuşdur.

Tərtər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, veteranlar təşkilatlarının nümayəndələri, qazilər və şəhidin yaxınları şəhidlərin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar. Sonra şəhidin yaşadığı evə gedərək ailəsinin qayğıları ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

Keçidlər