Şriftin ölçüsü :

Saytın rəngi :

“YAŞAT” Fondu şəhidlərimizin orta məktəbdə təhsil alan övladları üçün xüsusi layihəyə start verib

08 sentyabr 2021 | 16:00

Layihə çərçivəsində yeni tədris ilinin başlanması ilə əlaqədar fond tərəfindən bütün şəhidlərimizin məktəbli övladlarına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırılır.

Hədiyyə qutusuna çanta, termos, qələm qabı, hər sinfə uyğun məntiq və bədii kitablar, dəftərlər, qələmlər, xəritələr, gündəlik, pərgar dəsti, qovluq, rəsmxətt qovluğu, rəsm albomu, rəngli boya, rəngli kağız, ağardıcı, xətkeş, plastilin, plastilin qabı, bayraq stikeri, kitab altlığı, kağız yapışqanı, flomaster, rəngli karandaş, plastilin və plastilin qabı, qayçı və pozan dəsti, qeyd kitabçası daxildir. Əlavə hədiyyə olaraq ibtidai siniflər üçün “Lego” oyun qutusu, 5-8-ci siniflər üçün “Puzzle”, 9-11-ci siniflər üçün şahmat dəsti daxil edilib.

Hər bir hədiyyə qutusunda bir illik müddət üçün məktəbli ləvazimatları yer alıb.

Respublika ərazisini əhatə edən layihə çərçivəsində 900-ə yaxın hədiyyə qutusu hazırlanıb və aidiyyəti üzrə çatdırılacaq. 870 məktəblinin 494-ü oğlan, 376-sı isə qızdır.

Layihə çərçivəsində “YAŞAT” Fondunun və Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən şəhidlərimizin məktəbli övladlarına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırılır.

Keçidlər