Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı anım günü münasibəti ilə şəhid məzarlarını ziyarət etdi

16 sentyabr 2021 | 16:00

Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2020-ci il tarixli “Anım gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən hər il 27 sentyabrın anım günü kimi qeyd edilməsi qərara alınmışdır. Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Hacıqərvənd, Seydimli, Kəngərli, Ələsgərli, Soyulan, İrəvanlı kəndlərində I Qarabağ, 2016-cı il aprel döyüşlərində və Vətən müharibəsində həlak olmuş şəhidlərin məzarlarını ziyarət etmiş, onların xatirəsini dərin hörmət və ehtiramla yad edərək, məzarları önünə gül dəstələri düzüb.

Sonra rayon rəhbəri şəhid ailələrində olub, onların problemləri, qayğıları ilə maraqlanıb.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya  öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər