Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunun Talış kəndinin və Suqovuşan qəsəbəsinin yenidən qurulması ilə bağlı layihələr üzərində iş gedir.

16 oktyabr 2021 | 16:00

Bunu Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov mətbuata verdiyi müsahibəsində deyib.

Oktyabrın 3-də Prezident İlham Əliyevin Tərtər rayonunun Talış kəndinə və Suqovuşan qəsəbəsinə səfərini xatırladan Müstəqim Məmmədov bildirib: “Dövlətimizin başçısı səfər zamanı Talış və Suqovuşanda Azərbaycan bayrağını ucaltdı. Yaxın müddətdə Talış və Suqovuşana 500-ə yaxın azərbaycanlı ailəsinin köçürülməsi planlaşdırılır”.

Vətən müharibəsi zamanı Tərtər rayonunun Ermənistan tərəfindən atəşə tutulması nəticəsində aralarında bir uşaq və bir qadın olmaqla, 16 dinc sakin həlak olduğunu diqqətə çatdıran Tərtər Rayonu İcra Hakimiyyətinin başçısı həmin dövrdə 7050 tikiliyə, o cümlədən yaşayış evlərinə xeyli ziyan dəydiyini vurğulayıb.

Keçidlər