Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Vətən müharibəsi şəhidi Məhərrəmli Fuad Habil oğlunun il mərasimi keçirilib

20 oktyabr 2021 | 16:00

Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun çavuşu Məhərrəmli Fuad Habil oğlu 1999-cu il oktyabrın 28-də Tərtər rayonunun Evoğlu kəndində anadan olub. Oktyabrın 19-da Ağdərə istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 20-də yaşadığı Tərtər rayonunun Evoğlu kəndində dəfn olunub.

Şəhid Məhərrəmli Fuad 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

Keçidlər