Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Vətən müharibəsi şəhidi İsaxlı Anar Rəsul oğlunun il mərasimi keçirilib

21 oktyabr 2021 | 16:00

Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi qullluqçusu İsaxlı Anar Rəsul oğlu 1997-ci il may 30-da Tərtər rayonunun Cəmilli kəndində anadan olub.

Anar İsaxlı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində vuruşub və yaralanıb. Buna görə də qısa müddətli məzuniyyətə göndərilib. Anar İsaxlı oktyabrın 20-də Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonunu atəşə tutması nəticəsində şəhid olub. Tərtər rayonunda dəfn olunub.

Şəhid İsaxlı Anar 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

Keçidlər