Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə mülki şəhid Quliyev Anar Tofiq oğlunun il mərasimi keçirilib

21 oktyabr 2021 | 16:00

Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, 44 gün davam edən vətən müharibəsində erməni qəsbkarları müharibə qaydalarına zidd olaraq Tərtər rayonunda mülki əhalinin yaşadığı yaşayış məntəqələrini də ağır  artilleriya silahlarından atəşə tutmuşdur. Bunun nəticəsində 21 oktyabr 2020-ci il tarixdə Tərtər şəhəri və ətraf yaşayış məntəqələrinin növbəti dəfə atəşə tutulması zamanı Tərtər şəhər sakini 1985-ci il təvəllüdlü Quliyev Anar Tofiq oğlu şəhid olmuşdur.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

Keçidlər