Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Vətən müharibəsi şəhidi Əliyev Anar Vaqif oğlunun il mərasimi keçirilib

24 oktyabr 2021 | 16:00

Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Sahib Alıyev və hər iki rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı Əliyev Anar Vaqif oğlu 1980-cı il avqustun 28-də Kəlbəcər rayonunun Boyaqlı kəndində anadan olub. Oktyabrın 21-də Xocavəndin Tuğ kəndində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 25-də II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.

Şəhid Əliyev Anar 44 günlük Vətən müharibəsində  Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" medalı, "Vətən Müharibəsi Qəhrəmanı" adı,  "Şuşanın azad olunmasına görə" medalı,  "Füzulinin azad olunmasına görə" medalı,  "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

Keçidlər