Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Vətən müharibəsi şəhidi Hüseynzadə Elgiz İbrahim oğlunun il mərasimi keçirilib

29 oktyabr 2021 | 16:00

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Hüseynzadə Elgiz İbrahim oğlu 2001-ci il oktyabr 28-də Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub. Əslən kəlbəcər rayonundandır. Oktyabrın 22-də Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabr ayının 29-da Tərtər rayonunun Bəyimsarov kəndində dəfn olunub.

Şəhid Hüseynzadə Elgiz 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

Keçidlər