Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Qarabağ gənclərinin karyera və məşğulluğu üzrə təlim-məsləhət xidmətlərinin təşkili” adlı maarifləndirici tədbir keçirilib

22 noyabr 2021 | 16:00

18-20 noyabr 2021-ci il tarixlərdə Tərtər rayon Gənclər mərkəzində “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT) Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qarabağ gənclərinin karyera və məşğulluğu üzrə təlim-məsləhət xidmətlərinin təşkili” adlı maarifləndirici layihəsinin növbəti mərhələsini həyata keçirmişdir.

Üç gün davam edən layihənin əsas məqsədi gənclərə bərabər məşğulluq imkanları yaratmaq və onların effektiv karyera qurmaları üçün zəruri bilik, bacarıq və təcrübə aşılamağı , gənclərinin karyera ehtiyaclarının təmin olunması və bu regionun gənclərinin məşğulluq sahəsində fəaliyyət dairələrinin zənginləşməsi üçün şərait yaradılmasını stimulaşdırmaqdan ibarət olmuşdur.

Təlim kursunda iştirak edən rayon Gənclər və İdman İdarəsinin,Təhsil şöbəsinin, Gənclərin İnkişaf və Karyera mərkəzinin, o cümlədən Tərtər DAİM-in məsul şəxsləri və könüllülər rayon gənclərinin maariflənməsi və karyera inkişafı baxımından bu layihənin müsbət əhəmiyyətini qeyd etmişlər.

Keçidlər