Home Contact Phone
background

Xəbərlər

  • Tərtərdə “Zəfər Günü”nə həsr olunmuş...

    Tərtərdə “Zəfər Günü”nə həsr olunmuş şahmat yarışı keçirilib

    2021-11-07

    Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Uşaq Gənclər İdman-Şahmat məktəbində rayonun pilot ümumtəhsil məktəblərinin 8-14 yaş qruplu uşaqları arasında “Zəfər Günü”nə həsr olunan “Dəmir Yumruq” adlı şahmat yarışı keçirilib. Yarışda rayonun 60 məktəbli şahmatçısı mübarizə aparıb. Əvvəlcə tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin nümayəndəsi Zabil Paşayev gənc şahmatçıları salamlayıb, onlara Azərbaycanın zəfər tarixindən, əldə etdiyi nailiyyətlər və ölkəmizdə şahmatın inkişafı barədə məlumat verib.

  • Tərtərdə küçələrə şəhidlərin adları ve...

    Tərtərdə küçələrə şəhidlərin adları verilib

    2021-11-07

    Torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş vətən oğullarının adlarının əbədiləşdirilməsi məqsədilə Tərtərdə keçirilən tədbirlər çərçivəsində noyabrın 7-də - Zəfər Günü ərəfəsində rayon mərkəzindəki beş küçəyə qəhrəmanlarımızın adları verilib. Bu münasibətilə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhidlərin ailə üzvləri iştirak ediblər. Küçələrə şəhidlərin adlarının verilməsi münasibətilə keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ötən il sentyabrın 27-də başlanan və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb, bu Qələbənin qəhrəman hərbçilərimizin qanı, canı bahasına başa gəldiyini vurğulayıb. Bildirib ki, bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq.

  • Tərtərdə Vətən müharibəsi şəhidlərinin x...

    Tərtərdə Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş bulağın açılışı olub

    2021-11-07

    Xatirə bulağı rayonun Şıxarx qəsəbəsində Vətən müharibəsi şəhidlərinin adına salınan bağda inşa edilib. Zəfərin 1 ili münasibəti ilə inşa edilən Xatirə bulağının açılışında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri müxtəlif rayonlardan olan şəhid ailələrinin üzvüləri, Vətən müharibəsi qaziləri iştirak ediblər. Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib.

  • Tərtərdə 8 Noyabr-Zəfər Günü ərəfəsində...

    Tərtərdə 8 Noyabr-Zəfər Günü ərəfəsində şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına 109 medal təqdim olundu

    2021-11-06

    Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini Tərtər rayon şöbəsinin birgə təşkilatçılığı ilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş tərtərli igidlərin ailələrinə və Vətən müharibəsi iştirakçılarına orden və medalların təqdimetmə mərasimi keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, qazilər, Qarabağ Müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

  • Tərtərdə “Zəfərə aparan yol” mövzusunda...

    Tərtərdə “Zəfərə aparan yol” mövzusunda tədbir keçirilib

    2021-11-06

    8 Noyabr-Zəfər Günü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin birgə təşkilatçılığı ilə “Zəfərə aparan yol” mövzusunda tədbir keçirilib. Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, qazilər, Qarabağ Müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Sonra Dövlət himni səsləndirilib. Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib.

  • Tərtərdə 8 Noyabr-Zəfər Günü ərəfəsində...

    Tərtərdə 8 Noyabr-Zəfər Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

    2021-11-06

    Vətən müharibəsində qazanılan Zəfərin ildönümü ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib. Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, Qarabağ Müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Sonra Dövlət himni səsləndirilib. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov öncə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Ali

  • Tərtər rayonunun Mamırlı kəndində şəhidlə...

    Tərtər rayonunun Mamırlı kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılışı olub

    2021-11-05

    Tərtər rayonunun Mamırlı kəndində birinci Qarabağ müharibəsi və Vətən müharibəsində şəhid olmuş Mamırlı və Poladlı kənd sakinlərinin xatirəsinə ucaldılan Şəhidlər abidəsinin açılışı olub. Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Pandemiya qaydalarına uyğun təşkil olunan tədbirdə ilk olaraq vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, abidənin önünə əklillər və gül dəstələri düzülüb. Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ötən il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb.

  • Tərtərdə Vətən müharibəsi şəhidi Məmməd...

    Tərtərdə Vətən müharibəsi şəhidi Məmmədli Tural Aqil oğlunun il mərasimi keçirilib

    2021-11-04

    Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu Məmmədli Tural Aqil oğlu 1998-ci il martın 22-də Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub. Oktyabrın 9-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Noyabr ayının 4-də Tərtər rayonunun Bəyimsarov kəndində dəfn olunub. Şəhid Məmmədli Tural 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub. Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

  • Xoruzlu kəndində 432 şagird yerlik məktəb bin...

    Xoruzlu kəndində 432 şagird yerlik məktəb binasının inşası davam etdirilir

    2021-11-04

    Noyabırın 4-də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Xoruzlu kəndinə gedərək məktəbdə aparılan inşa işləri ilə yerində tanış olub. Aidiyyəti qrumlara müvafiq tapşırıqlarını verib. Qeyd edək ki, kənddə inşa edilən 432 şagird yerlik yeni binanın tikinti işləri Prezident İlham Əliyevin “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 3 iyun tarixli Sərəncamına əsasən aparılır.

  • “Zəfər Günü”nə həsr olunmuş  rəsm müs...

    “Zəfər Günü”nə həsr olunmuş rəsm müsabiqəsi keçirilib

    2021-11-04

    Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq rayon Gənclər və İdman idarəsi və Təhsil şöbəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Zəfər Günü”nə həsr olunmuş “Qızıl hərflərlə yazılmış tarix-8 Noyabr” mövzusunda rəsm müsabiqəsi keçirilib. Rayon Gənclər Mərkəzində təşkil olunmuş tədbirdə 44 ümumtəhsil məktəbinin şagirdləri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin nümayəndəsi Tunarə Məmmədzadə, gənclər və idman İdarəsinin rəisi Emin Pənahov, təhsil şöbəsinin müdir əvəzi Nuranə Abdullayeva və 44 günlük Vətən müharibəsinin iştirakçıları-qazilər “Zəfər günü” münasibətilə şagirdləri təbrik edərək ordumuzun şanlı qələbəsindən, şəhid və qazilərimizin qəhrəmanlıq səlnaməsindən ətraflı danışıblar.

  • “Zəfər Günü”nə həsr olunmuş  inşa yaz...

    “Zəfər Günü”nə həsr olunmuş inşa yazı müsabiqəsi keçirilib

    2021-11-03

    Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq rayon Gənclər və İdman idarəsi Təhsil şöbəsi ilə birlikdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Zəfər Günü”nə həsr olunmuş inşa yazı müsabiqəsi keçirib. Müsabiqənin birinci mərhələsi məktəblərdə, yekun mərhələsi isə Uşaq Gənclər Şahmat məktəbində keçirilib. 1 akademik saat vaxt ayrılan yekun turda 41 ümumtəhsil məktəbinin şagirdləri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi Tunarə Məmmədzadə, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov çıxış edərək tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ döyüşlərində əsgərlərimizin göstərdiyi şücaətdən də bəhs ediblər.

  • Tərtərdə Ermənistanın təcavüzü nəticəsin...

    Tərtərdə Ermənistanın təcavüzü nəticəsində yararsız hala düşmüş məktəbin yeni binası istifadəyə verilib

    2021-11-03

    Noyabrın 3-də Təhsil nazirliyi tərəfindən Tərtər rayonuna mediatur təşkil olunub. Mediaturda təhsil nazirinin müşaviri Elnur Əliyev, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov, media qurumlarının rəhbərləri və KİV nümayəndələri iştirak ediblər. Mediatur iştirakçıları əvvəlcə Tərtər şəhərinin girişindən Bayraq Meydanına doğru yürüş ediblər. Daha sonra şəhid Dağıstan Əzizovun adını daşıyan Şıxarx kənd 1 nömrəli modul tipli məktəbin açılışı olub. Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və mediatur iştirakçıları iştirak ediblər.

  • Tərtərdə növbəti dəfə vətəndaşların mü...

    Tərtərdə növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib

    2021-11-02

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov karantin qaydalarının tələblərinə əməl etməklə vətəndaşları qəbul edib. Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib. Qəbula gələn vətəndaşlar Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti, məişət əşyalarının qiymətləndirilməməsi, mənzillərinə təkrar baxışın keçirilməsi, Vətən müharibəsində evlərinə dəyən ziyanla bağlı kompensasiya ala bilməmələri və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər.

  • Tərtərdə Vətən müharibəsi şəhidi Hüseynz...

    Tərtərdə Vətən müharibəsi şəhidi Hüseynzadə Elgiz İbrahim oğlunun il mərasimi keçirilib

    2021-10-29

    Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Hüseynzadə Elgiz İbrahim oğlu 2001-ci il oktyabr 28-də Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub. Əslən kəlbəcər rayonundandır. Oktyabrın 22-də Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabr ayının 29-da Tərtər rayonunun Bəyimsarov kəndində dəfn olunub. Şəhid Hüseynzadə Elgiz 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

  • Tərtərdə Vətən müharibəsi şəhidi Qasımov...

    Tərtərdə Vətən müharibəsi şəhidi Qasımov Azər Yaqub oğlunun il mərasimi keçirilib

    2021-10-29

    Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu Qasımov Azər Yaqub oğlu 1979-cu il dekabrın 2-də Tərtər rayonunun Yenikənd kəndində anadan olub. Oktyabrın 29-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 29-da Tərtər rayonunun Yenikənd kəndində dəfn olunub. Şəhid Qasımov Azər 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları təltif olunub. Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

  • Bolqarıstanın Ayrı-seçkiliyə qarşı Müdafi...

    Bolqarıstanın Ayrı-seçkiliyə qarşı Müdafiə üzrə Komissiyasının nümayəndə heyəti Tərtərə səfər edib

    2021-10-26

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan Bolqarıstanın Ayrı-seçkiliyə qarşı Müdafiə üzrə Komissiyasının sədri Ana Cumaliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 26-da Tərtər rayonunda olub. Tədbir iştirakçıları əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov nümayəndə heyətinə 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı bölmələri tərəfindən rayonun yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dəymiş zərər barədə məlumat verib. Bildirib ki, müharibə zamanı Tərtər şəhəri də daxil olmaqla, rayonun 40 yaşayış məntəqəsinə 16 min 277 tank, top, qrad, minomyot mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə Tərtərdə 82 çoxmərtəbəli yaşayış binasına, 5949 fərdi evə, 184 sahibkarlıq və 301 qeyri-yaşayış obyektinə, 17 məktəbə, 11 uşaq bağçasına, 1 texniki peşə məktəbinə, 1 musiqi məktəbinə, 30 inzibati binaya və 20-yə yaxın mədəniyyət və səhiyyə müəssisəsinə ziyan dəyib. Nümayəndə heyəti sonra Tərtər rayonunun yaşayış məntəqələrinə atılmış qadağan olunmuş raketlərin qalıqlarına baxıblar. Daha sonra ötən il oktyabrın 15-də Ermənistan silahlı qüvvələrinin artilleriya atəşinə məruz qalmış Tərtər şəhər qəbiristanlığına baxış keçirilib. Məlumat verilib ki, Ermənistanın beynəlxalq humanitar hüquq qaydalarını pozaraq, qəbiristanlığı ağır artilleriyadan atəşə tutması nəticəsində vəfat etmiş yaxınlarının dəfnində iştirak edən 4 mülki şəxs həlak olub, 4 nəfər isə ciddi xəsarət alıb.

  • Tərtərdə Vətən müharibəsi şəhidi Əliyev ...

    Tərtərdə Vətən müharibəsi şəhidi Əliyev Anar Vaqif oğlunun il mərasimi keçirilib

    2021-10-24

    Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Sahib Alıyev və hər iki rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı Əliyev Anar Vaqif oğlu 1980-cı il avqustun 28-də Kəlbəcər rayonunun Boyaqlı kəndində anadan olub. Oktyabrın 21-də Xocavəndin Tuğ kəndində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 25-də II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.

  • Tərtərdə Vətən müharibəsi şəhidi Mehdiyev...

    Tərtərdə Vətən müharibəsi şəhidi Mehdiyev Yasən Alim oğlunun il mərasimi keçirilib

    2021-10-24

    Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Mehdiyev Yasən Alim oğlu 2001-ci il iyulun 05-də Tərtər şəhərində anadan olub. Oktyabrın 23-də Xocavənd istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 24-də Tərtər rayonunun Sarıcalı kəndində dəfn olunub.

  • Tərtərdə mülki şəhid İsmayılzadə Orxan R...

    Tərtərdə mülki şəhid İsmayılzadə Orxan Rəhbər oğlunun il mərasimi keçirilib

    2021-10-24

    Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Qeyd edək ki, 44 gün davam edən vətən müharibəsində erməni qəsbkarları müharibə qaydalarına zidd olaraq Tərtər rayonunda mülki əhalinin yaşadığı yaşayış məntəqələrini də ağır artilleriya silahlarından atəşə tutmuşdur. Bunun nəticəsində 24 oktyabr 2020-ci il tarixdə Tərtər şəhəri və ətraf yaşayış məntəqələrinin növbəti dəfə atəşə tutulması zamanı Xoruzlu kənd sakini 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu şəhid olmuşdur.

  • Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tə...

    Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası ilə bağlı tarla seminarı keçirilib

    2021-10-22

    Oktyabrın 22-də Tərtər rayonunun Şıxarx qəsəbəsində Zəfər Gününə həsr olunmuş “AMEA Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası, bölgə üçün yaradılmış buğda və arpa sortlarının toxumçuluğunun təşkili məsələləri” mövzusunda tarla seminarı keçirilib. Seminar AMEA Biologiya və Tibb Elmləri Bölməsi və AMEA Genetik Ehtiyatlar İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb. Tədbir iştirakçıları əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı bölmələri tərəfindən rayonun yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dəymiş zərər barədə məlumat verib. Bildirib ki, müharibə zamanı Tərtər şəhəri də daxil olmaqla, rayonun 40 yaşayış məntəqəsinə 16 min 277 tank, top, qrad, minomyot mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə Tərtərdə 82 çoxmərtəbəli yaşayış binasına, 5949 fərdi evə, 184 sahibkarlıq və 301 qeyri-yaşayış obyektinə, 17 məktəbə, 11 uşaq bağçasına, 1 texniki peşə məktəbinə, 1 musiqi məktəbinə, 30 inzibati binaya və 20-yə yaxın mədəniyyət və səhiyyə müəssisəsinə ziyan dəyib.

  • Tərtərdə Vətən müharibəsi şəhidi İsaxlı...

    Tərtərdə Vətən müharibəsi şəhidi İsaxlı Anar Rəsul oğlunun il mərasimi keçirilib

    2021-10-21

    Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi qullluqçusu İsaxlı Anar Rəsul oğlu 1997-ci il may 30-da Tərtər rayonunun Cəmilli kəndində anadan olub.

  • Tərtərdə mülki şəhid Quliyev Anar Tofiq oğl...

    Tərtərdə mülki şəhid Quliyev Anar Tofiq oğlunun il mərasimi keçirilib

    2021-10-21

    Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Qeyd edək ki, 44 gün davam edən vətən müharibəsində erməni qəsbkarları müharibə qaydalarına zidd olaraq Tərtər rayonunda mülki əhalinin yaşadığı yaşayış məntəqələrini də ağır artilleriya silahlarından atəşə tutmuşdur. Bunun nəticəsində 21 oktyabr 2020-ci il tarixdə Tərtər şəhəri və ətraf yaşayış məntəqələrinin növbəti dəfə atəşə tutulması zamanı Tərtər şəhər sakini 1985-ci il təvəllüdlü Quliyev Anar Tofiq oğlu şəhid olmuşdur. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

  • Tərtər rayonunda yerli sahibkarlar üçün maari...

    Tərtər rayonunda yerli sahibkarlar üçün maarifləndirici tədbir keçirilib

    2021-10-20

    Oktyabrın 19-da Tərtər rayonunda pandemiya şəraitinin tələblərinə uyğun olaraq “Qarabağ sahibkarlarına maarifçilik dəstəyi: Tərtərlə başlanan yol” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbir İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə yerli sahibkarlıq subyektlərinin maarifləndirilməsi məqsədilə reallaşdırılıb. Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər qoyublar. Tədbirdə giriş sözü ilə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsi dövründə Tərtər rayonun dəymiş ziyan və rayonun işğaldan azad edilmiş əraziləri haqqında məlumat verib.

  • Tərtərdə Vətən müharibəsi şəhidi İsmayı...

    Tərtərdə Vətən müharibəsi şəhidi İsmayıllı Şamil Kamil oğlunun il mərasimi keçirilib

    2021-10-20

    Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Qeyd edək ki, Azərbaycan Ordusunun çavuşu İsmayıllı Şamil Kamil oğlu 1993-cü il yanvarın 4-də Tərtər rayonunun Dəmirçilər kəndində anadan olub. Oktyabrın 10-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 20-də yaşadığı Tərtər rayonunun Dəmirçilər kəndində dəfn olunub.

  • Tərtərdə Vətən müharibəsi şəhidi Məhərr...

    Tərtərdə Vətən müharibəsi şəhidi Məhərrəmli Fuad Habil oğlunun il mərasimi keçirilib

    2021-10-20

    Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Qeyd edək ki, Azərbaycan Ordusunun çavuşu Məhərrəmli Fuad Habil oğlu 1999-cu il oktyabrın 28-də Tərtər rayonunun Evoğlu kəndində anadan olub. Oktyabrın 19-da Ağdərə istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 20-də yaşadığı Tərtər rayonunun Evoğlu kəndində dəfn olunub.

əvvəlki [2] növbəti